Art
“Titanik” sərnişininin qızıl saatı rekord qiymətə satıldı - FOTOLAR
“Titanik” sərnişininin 18 karatlıq qızıl cib saatı hərracda 1,8 milyon funt sterlinqə (təxminən 4 milyon manat) satılıb. Saat həyat yoldaşı ilə birlikdə gəminin batması zamanı həlak olan 67 yaşlı İsidor Ştrausa məxsus olub.
Publika.az xəbər verir ki, bu satış “Titanik” xatirə əşyaları üçün indiyə qədər ödənilən ən yüksək qiymət olaraq tarixə düşüb.
Saat məşhur Danimarka-İsveçrə saat ustası, Juliya Jurqensen tərəfindən 1888-ci ildə Ştrausun 43-cü doğum gününə hədiyyə olunub.
Əvvəlki rekord isə keçən il gəminin kapitanına məxsus qızıl cib saatının 1,56 milyon funt sterlinqə satılması ilə müəyyən edilmişdi. Hərracda ümumilikdə “Titanik”lə bağlı xatirə əşyalarından 3 milyon funt-sterlinq gəlir əldə olunub.
Hərracı təşkil edən dəllal Endryu Oldric bildirib: "Bu rekord qiymət "Titanik"in hekayəsinə olan davamlı marağı nümayiş etdirir. Hər bir sərnişin və ekipaj üzvünün öz hekayəsi var idi və 113 il sonra onlar xatirə kimi təqdim olunur. Ştrauslar əsl sevgi hekayəsi idi, İda Titanik batarkən həyat yoldaşından ayrılmaqdan imtina etdi və bu rekord qiymət onlara olan hörmətin sübutudur".
Adəm


-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!








.jpg)









.jpg)



.webp)













.jpg)


