Art
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı - FOTO/VİDEO
Yeni növrağını yaşayan Kəlbəcər şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Füsunkar dağlarla əhatə olunan, dəniz səviyyəsindən təxminən 1500 m hündürlükdə qərar tutan bu ulu yurdumuz paytaxtdan və bölgələrdən gəlmiş qonaqlara qucaq açıb.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Bayram tədbirlərinə tamaşa nümayişi ilə başlanılıb. Gəncə Dövlət Milli Dram Teatrının kollektivi yazıçı, dramaturq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri ilə kəlbəcərli uşaqları sevindirib. Musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar. Abdulla Şaiqin maarifçi ideyalarının şən musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunduğu səhnə əsəri tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































