Art
Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu - Fotolar
Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-dramaturq İlqar Fəhmi Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbaycan poeziyasında oynadığı mühüm roldan söz açıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətini təbliğ etməyin böyük məsuliyyət yaratdığını bildirib. O vurğulayıb ki, tarixən bu istiqamətdə fundamental addımlar atılıb və milli mədəniyyətə sahib çıxmaq, onu dünya ictimaiyyətinə doğru şəkildə təqdim etmək hər birimizin borcudur.
Şairin kötücəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani xüsusi icazə ilə Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmayaraq həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Şahin Seyidzadənin sözlərinə görə, Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.
Digər çıxışçılar da Seyid Əzim Şirvaninin zəngin irsindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimi Aqil Məlikov, xanəndələr Zeynal Əhmədov, Rais Niftəliyev və Elbrus Niftəliyev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri Nisbət Sədrayeva, Nişanə Baxışova və Rəvan Qaçayev müxtəlif muğam parçaları səsləndiriblər.
Tədbirin poetik hissəsində isə qiraət ustaları Hüseynağa Aslanov, Elsər Qədri və Gülbala Dadaş Seyid Əzim Şirvaninin şeirlərindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını tamamlayıblar.
Sənətkarları səhnədə bir-birindən məharətli musiqiçilər müşayiət edib.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































