Art
Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı oldu - FOTO
Şəki Dövlət Dram Teatrı Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində sənətsevərlərə təqdim edib.
Publika.az xəbər verir ki, tamaşa Xalq şairinin bu il dövlət səviyyəsində qeyd olunan 100 illik yubileyinə həsr olunub.
Nümayişdən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında danışıb, xatirələrini bölüşüblər. Şəki teatrının paytaxtda tamaşa nümayişinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkür ifadə edilib.
Sonra səhnə əsəri nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi mərhum bəstəkar Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay) və başqaları canlandırıblar.
Azərbaycan xalqının Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.
Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki teatrı tərəfindən təşkil edilən B.Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













