Art
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" çərçivəsində müxtəlif sərgilər təşkil edildi - FOTO
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsində Bakı Konqres Mərkəzində mədəniyyət və yaradıcı sənayelərlə bağlı müxtəlif sərgilər təşkil edilib.
Dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli və bir sıra ölkələrdən gəlmiş həmkarları sərgilərlə tanış olublar. Ziyarətçilər festival məkanı çərçivəsində yaradıcı ideyaların, innovasiyanın və zəngin mədəni irsin bir araya gəldiyi bir sıra xüsusi məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər. Onlar Yaradıcı Kənd (Creative Village) zonasında gənc dizaynerlərin, rəssamların və yaradıcı komandaların canlı performanslarını, sərgilərini və interaktiv layihələrini izləyiblər.
Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO) çərçivəsində yerli və beynəlxalq yaradıcı brendlər, studiyalar və istehsalçılar öz innovativ məhsul və həllərini təqdim ediblər. Ziyarətçilər eyni zamanda İslam xəttatlıq sənəti bölməsində klassik və müasir xəttatlıq nümunələri ilə tanış olub, bu incə sənətin fəlsəfəsinə və estetik dərinliyinə səyahət ediblər. Kino sənayesinə maraq göstərənlər üçün OMarket – Orient Film Market çərçivəsində prodüserlər, rejissorlar və layihə sahibləri arasında yeni əməkdaşlıqların təməli qoyulub, beynəlxalq layihələr müzakirə edilib. Texnologiya və innovasiya həvəskarları isə İ2C startap sərgisində süni intellekt, kreativ texnologiyalar və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən startapların təqdimatlarını izləyib, gələcəyin ideyaları ilə tanış olublar. Bir sözlə, bu platformalar hər zövqə və marağa xitab edən, yaradıcılıqla innovasiyanı birləşdirən canlı və ilhamverici bir məkana çevrilib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













