Art
"İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı" mövzusunda panel müzakirəsi keçirildi - FOTO
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. Dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılışından sonra panel sessiyalar təşkil olunub.
Publika.az xəbər verir ki, "İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların (CulTech) inkişafı" mövzusunda ilk panel ICESCO ilə əməkdaşlıq çərçivəsində reallaşıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi Mədəniyyət Nazirliyi tərəfindən son illərdə mədəniyyət və yaradıcı sənayelər sahəsində bir sıra diqqətəlayiq layihələr həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, nazirlik tərəfindən ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) təsis olunub. Əsas məqsəd gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Səadət Yusifova Mədəniyyət Nazirliyinin mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı barədə də məlumat verib.
Sonra panel İƏT Mədəniyyət işləri departamentinin direktoru Alhoucine Rhazouinin moderatorluğu ilə davam edib. Türkiyənin Yunus Emrə İnstitutunun direktoru Əbdürrəhman Əli, ICESCO-nun Bakıdakı regional mərkəzinin nümayəndəsi Məryəm Qafarzadə, SESRİC qurumunun (Türkiyə) departament rəhbəri Atilla Kahraman və Özbəkistan Yaradıcı Mərkəzinin baş direktoru Abdulvali Haydarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Paneldə yaradıcılıq, mədəniyyət və texnologiyanın inteqrasiyası üçün vahid modelin qurulması, İƏT-ə üzv ölkələrdə yaradıcı gəncləri bir araya gətirən hakatonların təşkili, yaradıcılıq layihələrinin kommersiyalaşdırılması üçün mentorluq, təlim və investor əlaqələrinin qurulması və digər mövzular üzrə müzakirələr aparılıb, bu sahədə əməkdaşlığın zəruriliyi vurğulanıb.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı








.jpg)















.webp)










.jpg)


