Art
“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin təqdimatı keçirilib
8 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır: “500-ə yaxın səhifəni əhatə edən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir”.
Qeyd olunub ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal ekosistemin tərkib hissəsidir.
Belə ki, kitab boyunca yerləşdirilən yüzlərlə QR-kodlar vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az internet saytı və digər onlayn resurslarda yerləşən materiallara keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və digər materialları izləyə bilərlər.
Eyni zamanda qeyd olunmalıdır ki, https://book.revival.az/estore/ ünvanda yerləşən onlayn-mağazaya keçid edib və Fonda ianə etməklə istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik, Prestij və Signature Collection) əldə etmək mümkündür.
Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.
Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.
Qarabağın münaqişə regionundan sülh və dirçəliş regionuna çevrildiyini deyən Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır:
Sonra “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı və işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.
Daha sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Gültəkin Qaradağlının moderatorluğu ilə keçən sessiyada britaniyalı yazıçı Qrem Vilson çoxsaylı sualları cavablandırıb.
Tədbirdə çıxış edən millət vəkili, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, millət vəkili Rizvan Nəbiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov və digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən “İteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinə, eləcə də PAŞA Kapital İnvestisiya Şirkətinə Fondun adından “İanə sertifikatı”, eyni zamanda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı təqdim olunub.
Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib. Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında hazırlanan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. (AZƏRTAC)

-
Rəsmi xronika13:26Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - FOTO
-
Dünya12:47Trampdan geri addım: Si Cinpinə məlumat verdi ki...
-
İqtisadi gündəm12:12Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
-
Dünya11:30Netanyahu "qan-qan" deyir: Çıxmayacağıq!
-
İdman11:18“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
-
Dünya10:42Orban Ərdoğandan bu zəmanəti aldı: Kritik Rusiya amili
-
Sosial10:15Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO
-
MDB09:30Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu











.jpg)




















.jpg)







