Art
Qazaxıstan filmi onlayn kinoteatrlardan yığışdırıldı - SƏBƏB
Qazaxıstanlı rejissor Adilxan Erjanovun “Kadet” adlı qorxu filmi Rusiya onlayn-kinoteatrlardan Roskomnadzorun tələbi ilə yığışdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Ehtiyatlı olun, xəbərlər” "Telegram" kanalı məlumat yayıb.
Roskomnadzorun məlumatına görə, filmdə intihar səhnələri aşkarlanıb.
Erjanovun filmi 27 noyabrda onlayn platformalarda yayımlansa da, bir həftə sonra “KinoPoisk” və “IVI” xidmətlərindən çıxarılıb. Roskomnadzor əlavə edib ki, qanunvericiliyə - “İnformasiya, informasiya texnologiyaları və informasiya mühafizəsi haqqında” qanuna uyğun olaraq onlayn-kinoteatrlardan bu səhnələri kəsmək tələb olunub.
Gözlənilir ki, “Kadet” düzəlişlərdən sonra platformalara qaytarılacaq.
Süjetə görə, tək ana Alina oğlu Seriki böyüdür. Serik elitar hərbi məktəbdə zorakılığa məruz qalır. Filmin premyerası 2024-cü ilin payızında baş tutub və bir neçə beynəlxalq festivalda nümayiş etdirilib. Film Qazaxıstanı “Oskar” mükafatında təmsil edə bilərdi, lakin çəkiliş qrupundan bir üzvün Akademiyanın münsiflər heyətində olması buna mane olub və “Kadet” nominantlıqdan çıxarılıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













