Art
Mədəniyyət Nazirliyinin 7 elektron xidməti istifadəyə verildi - FOTO
Mədəniyyət Nazirliyinin 2023-2026-cı illər üzrə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində bir sıra mühüm rəqəmsal islahatlar həyata keçirilib.
Publika.az xəbər verir ki, strategiyanın əsas məqsədlərinə uyğun olaraq data əsaslı idarəetmə modellərinin yaradılması, elektron xidmətlərin formalaşdırılması və nazirliyin daxili idarəetmə sistemlərinin tam rəqəmsallaşdırılması təmin olunub.
Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Fuad Maqsudov bildirib ki, artıq Nazirliyin yeddi elektron xidməti istifadəyə verilib: “Əsas prioritetlərimiz data əsaslı rəqəmsal modellərin formalaşdırılması, elektron xidmətlərin istifadəyə verilməsi və daxili idarəetmə sistemlərinin tamamilə rəqəmsallaşdırılmasıdır. Hazırda nazirliyin yeddi elektron xidməti mövcuddur. Tədbirdə əks edilən ‘My Culture’ vahid şəxsi kabineti, Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi, Vahid Mədəniyyət Reyestri və Uşaq İncəsənət Festivalı platformaları tam rəqəmsallaşdırılaraq istifadəçilərin ixtiyarına təqdim olunub”.
F. Maqsudov həmçinin təhlükəsizlik tədbirlərinə xüsusi diqqət ayrıldığını vurğulayıb: “Bütün sistemlərə giriş təhlükəsizlik baxımından Asan Bridge üzərindən həyata keçirilir və platformaların müxtəlif dövlət qurumları ilə inteqrasiyası təmin olunub”.
Hazırda Nazirlik tərəfindən sistemlərin funksionallığının genişləndirilməsi, eləcə də istifadəçi rahatlığını artıran yeni rəqəmsal həllərin tətbiqi istiqamətində işlər davam etdirilir.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













