Art
Buxarestdə Fuad İbrahimovun rəhbərliyi ilə konsert keçirilir - FOTO/VİDEO
11 və 12 dekabr tarixlərində Buxarestdəki məşhur Enesku adına konsert zalında Enesku Filarmonik Orkestrinin dirijor Fuad İbrahimovun rəhbərliyi ilə konserti keçirilir.
Publika.az xəbər verir ki, konsertdə Klod Debüssinin “L’après-midi d’un enfant” əsəri, Sofiya Qubaydulinanın əfsanəvi skripkaçı Gidon Kremerə həsr olunmuş birinci skripka konserti səslənəcək. Kremer hər iki axşamın solisti qismində çıxış edəcək.
Proqramda həmçinin Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və İqor Stravinskinin “Alovquşu” (1919) süitası səslənəcək.
Gidon Kremerin xüsusi vurğulanması yerinə düşərdi – o, musiqi aləmində canlı əfsanədir.
Fuad İbrahimov – Azərbaycanın Əməkdar Artistidir, “Qızıl Çinar” mükafatının laureatı, Prezident təqaüdçüsü, Parisdə keçirilən Yevgeni Svetlanov adına dirijorların beynəlxalq müsabiqəsinin qalibidir. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, həmçinin Yeni Münhen Filarmoniya Orkestrinin və Bakı Dövlət Kamera Orkestrinin baş dirijorudur.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













