Art
Qazaxıstan teatrı Bakıya gəlir
Kurmanbek Jandarbekov adına Jetısay Dram Teatrı bakılı tamaşaçılara “Mənim dostum” tamaşasını təqdim edəcək.
Publika.az xəbər verir ki, bu, teatrın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ölkəmizin Qazaxıstandakı səfirliyi, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və Türküstan Vilayəti Mədəniyyət İdarəsinin dəstəyi ilə keçiriləcək ilk qastrol səfəridir.
Qazaxıstandan gələn qonaqlar insan qəlbinin incə tellərinə toxunan və tamaşaçılara unudulmaz emosiyalar bəxş edən "Mənim dostum" tamaşasını təqdim edəcəklər.
Tamaşanın ideya müəllifi Nurjan Tutov, səhnə versiyası və quruluşçu rejissor Abzal Maksim, quruluşçu rəssamı isə Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Baxıt Srailovdur. Layihənin rəhbəri isə “Dara” döş nişanı laureatı Oral Kamaldır.
“Mənim dostum" geniş auditoriya ünvanlanıb, müasir teatr formaları və beynəlxalq mədəni layihələri izləyən tamaşaçılar üçün maraqlı olacaq.
Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşa saat 19:00-da başlayır.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













