Art
Bu məşhur da milyarderlər sırasına qoşuldu - FOTO
“Hollivud” rejissoru və prodüseri Ceyms Kameron rəsmi olaraq dollar milyarderləri sırasına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalının yenilənmiş reytinqində yer alıb.
Nəşr “Titanik”, “Yadplanetlilər”, “Terminator” və “Avatar” filmlərinin yaradıcısının sərvətini təxminən 1,1 milyard dollar dəyərində qiymətləndirib.
Qeyd edilir ki, Kameronun filmləri dünya üzrə ümumilikdə təxminən 9 milyard dollar gəlir əldə edib və bu gəlirdən əldə olunan pay onun şəxsi sərvətinin əsasını təşkil edir. Bu göstərici Ceyms Kameronu Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri kimi kino sənayesində milyarder statusuna yüksəlmiş azsaylı şəxslər sırasına daxil edib.
Kameron genişmiqyaslı elmi-fantastik dastanın üçüncü hissəsi olan “Avatar: Od və Kül” filminin təqdimatı ərəfəsində mühüm maliyyə mərhələsinə çatıb. 2009-cu ildə nümayiş olunan ilk “Avatar” filmi dünya üzrə təxminən 2,9 milyard dollar gəlir əldə edərək bütün dövrlərin ən çox gəlir gətirən filmi olaraq qalır. Onun davamı olan “Avatar: Su Yolu” isə təxminən 2,3 milyard dollar gəlirlə üçüncü pillədə qərarlaşıb.
“Forbes”in hesablamalarına görə, gələcək layihələr nəzərə alınmasa belə, franşizanın yeni bölümü rejissora vergilərdən əvvəl ən azı 200 milyon dollar xalis gəlir gətirə bilər. Bu isə onun qlobal kino sənayesinin ən varlı simalarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
Adəm

-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













