Art
“The Oligarch’s Design” sənədli filminin premyerası keçirildi
Nizami Kino Mərkəzində "ANEWZ" beynəlxalq xəbər və analitika kanalı “ANEWZ Investigations” adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanan “The Oligarch’s Design” sənədli filminin premyerası baş tutub.
Publika.az xəbər verir ki, "AnewZ" kanalının icraçı direktoru Rüfət Həmzəyevin sözlərinə görə, layihənin çəkilişləri cari ilin yanvar ayında başlayıb və müxtəlif ölkələrdə aparılıb.
“Layihənin çəkilişləri bir neçə əsas istiqaməti əhatə edib. Çəkilişlər təxminən 10-11 ay ərzində 8 ölkədə - Azərbaycan, İtaliya, Litva, Böyük Britaniya, ABŞ, İsrail, Ukrayna və Ermənistanda aparılıb. Sənədli film beynəlxalq jurnalistikanın araşdırmasına əsaslanır. Layihə üzərində təxminən yüz nəfər çalışıb. Biz Ruben Vardanyanın fəaliyyətinə fərqli istiqamətdən baxış təqdim edirik. Burada beynəlxalq institutların da təhlili yer alır. Ermənistanda aparılan çəkilişlərdə xüsusən, Ruben Vardanyanla əlaqələndirilən şəxslərlə müsahibələr aparılıb. Beləliklə, ən az 3 erməni müsahibimiz olub”, - Rüfət Həmzəyev bildirib.
Beynəlxalq “AnewZ” televiziya kanalının baş redaktoru Qay Şoun qeyd edib ki, sənədli film 4 hissədən ibarətdir.
Qeyd edək ki, sənədli film açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyini üzə çıxaran “Troika Laundromat” maliyyə şəbəkəsi ilə bağlı beynəlxalq araşdırmalara əsaslanır.
Roza Şəfiyeva
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













