Art
Mədəniyyət naziri akademik Nailə Vəlixanlını ziyarət etdi - FOTO
Mədəniyyət naziri Adil Kərimli dekabrın 25-də görkəmli tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlını ziyarət edib.
Muzeydə gerçəkləşən görüşdə nazir Nailə Vəlixanlını 85 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd olunub ki, alim fundamental araşdırmaları ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib. O, tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də diqqətəlayiq işlər görüb.
Bildirilib ki, uzun illərdir Milli Azərbaycan Tarixi Muzeyinə rəhbərlik edən Nailə Vəlixanlı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Muzeyin tərtibatı tamamilə yenidən qurulub, yeni ekspozisiyalar yaradılıb. Alimin Azərbaycan elminin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər təltiflərə layiq görülüb.
Görüşdə akademikə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim edilib. Nailə Vəlixanlı fəaliyyətinə göstərilən diqqətə və təltifə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi











.jpg)























