Art
Prezidentin qızı və gəlini "Romeo və Cülyetta" tamaşasını izlədi - FOTO
Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.
"Romeo və Cülyetta"da obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.
Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.
Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqət çəkib.
Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













