Art
“10 aydır ki, qızlarım yuxu yatmır”
Bu gün Xalq artisti Fatma Mahmudovanın doğum günüdür. Aktrisa 71 yaşını qeyd edir.
Publika.az xəbər verir ki, musavat.com-un əməkdaşı sevilən sənətkarla əlaqə saxlayıb və özəl günü ilə bağlı təəssüratlarını öyrənib.
- Fatma xanım, necəsiniz? Doğum gününüzü necə qeyd edirsiniz?
- Bu günə də şükür. Mədəniyyət Nazirliyinin nümayəndələri bizə qonaq gəlib və məni təbrik ediblər. Böyük sənətkarımız Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə xanım da onların arasında idi. Dəyər və diqqət görmək çox gözəldir. Musiqili Teatrın kollektivinə və direktoruna də təşəkkür edirəm. Bu gün televiziyada da olacağam, doğum günümün davamını orada qeyd edəcəyik.
- Deyəsən, ad gününüzü efirlərdə keçirəcəksiniz...
- Yox, bir yerə gedəcəyəm, başqa yerə getməyə halım yoxdur.
- Yeri gəlmişkən, səhhətiniz necədir?
- Allah bilən məsləhətdir, yavaş-yavaş düzəlir, müalicələrə yenidən başlayacağam. Rahat yeriyirəm, əlimi tərpədə bilirəm. Teatrda bir dəfə səhnəyə çıxmışam, yenə də çıxacağam. Yanvarın 23-də "Ne boysa, ya s toboy " tamaşasında oynayacağam.
- Övladlarınız sizi necə təbrik etdi?
- Onlar məni hər gün qucaqlayıb, öpür. Onlar olmasa, mən nə edərdim? Qızlarım 10 aydır ki, yuxu yatmırlar, qulluğumda dururlar. Allah heç kimə qismət etməsin.
- 71 yaşın ağırlığı sizi qorxutmur ki?
- Canım sağlam olsa, yaş məni qorxutmur. Cəldəm, hərəkətliyəm. Bu xəstəlikdən qurtulsam, yenə də səhnəyə çıxıb oynayacağam.
- Müalicə alırsınız. Maddi cəhətdən çətinlik çəkmirsiniz ki?
- Prezident təqaüdü alıram, teatrdan maaş alıram. Hələ ki, çatdırıram.
- Özəl gününüzdə özünüzə nə arzulayırsınız?
- Özümə cansağlığı arzulayıram. Qoy hamının canı sağ olsun.
Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da yenidən insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O, uzun müddətdir ki, müalicə alır.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













