Art
Türkiyədə serial çəkilişlərinə qadağalar tətbiq olundu: Bundan sonra...
Türkiyədə teleserial və filmlərin çəkilişi üçün yeni qaydalar təsdiqlənib. Bu, İstanbul ərazisində aparılan çəkilişlərə aiddir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nəqliyyat, çəkiliş heyətinin iş saatları və məkanlar arasındakı məsafələrə məhdudiyyətlər qoyulacaq.
Yeni qaydalar çəkiliş qruplarının işini sadələşdirmək və şəhər infrastrukturuna düşən yükü azaltmaq üçün hazırlanıb. Qaydalara əsasən, İstanbul əhali sıxlığına və nəqliyyatın hərəkətinə əsasən üç çəkiliş zonasına bölünüb.
Birinci, ən işlək zonada çəkiliş qruplarına yeddidən çox nəqliyyat vasitəsindən istifadə etməyə icazə verilir. Qışda işlər gecə yarısına, yayda isə saat 01:00-a qədər başa çatdırılmalıdır. İkinci zonada isə oxşar vaxt məhdudiyyətləri ilə limit on nəqliyyat vasitəsinə qədər artırılır. Üçüncü zonada nəqliyyat vasitələrinin sayına heç bir məhdudiyyət yoxdur və çəkiliş cədvəli çevik olaraq qalır. Bundan əlavə, gecə çəkilişlərinə icazə verilən yerlərdə xüsusi məkanlar ayrılacaq.
Məlumata görə, eyni vaxtda fəaliyyət göstərən məkanlar arasındakı məsafənin bir kilometrdən artıq olmaması tələbi müəyyən edilib. Yeni qaydalara əsasən, çəkiliş qrupları ictimai yerlərdə işləmək üçün ən azı yeddi gün əvvəl müraciət etməlidirlər.
Qeyd olunur ki, nəqliyyat vasitəsi olmayan və fəaliyyəti piyadalara mane olmayan çəkiliş qruplarından hər hansısa ödəniş tələb olunmayacaq.
Çəkiliş yerlərinin yaxınlığında yerləşən binaların sakinlərinə ən azı 24 saat əvvəlcədən məlumat verilməlidir. Çəkiliş iştirakçılarından ətraf mühitin mühafizəsi tələblərinə riayət etmələri və şəhərin memarlıq irsinə zərər dəyməsinin qarşısını almaları tələb olunur.
Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













