Art
İstanbulda Azərbaycan caz musiqisinə həsr olunan konsert keçirildi
Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq keçirilən “Türk telekom prime qəhvə” konserti növbəti dəfə Azərbaycan caz musiqisinə həsr edilib. Bu məqsədlə İstanbulun ən böyük mədəniyyət məkanı olan Atatürk Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert proqramı təşkil edilib.
Publika.az xəbər verir ki, mərkəzin bədii rəhbəri Remzi Buharalının təqdimatında keçirilən konsertdə bəstəkarın “Eşq röyaları”, “Karvan”, “Bakının işıqları”, “Əlvida” kimi əsərləri səsləndirilib. Bunların arasında İlyas Mirzəyevin həyat yoldaşına həsr etdiyi “Leyla” əsəri də yer alıb.
Konsert “Musiqinin sonsuz cizgisi - Şərq musiqisinin qərb musiqisi üzərindəki səs xəritəsi” başlığı altında təşkil olunub.
Proqramda mövzu ilə bağlı fikirlərini bölüşən Remzi Buharalı İlyas Mirzəyev yaradıcılığının şərq və qərbin musiqi dünyasının səs rənglərini eyni cizgi ilə birləşdirərək dinləyicini valehedici bir mənəvi səyahətə çıxardığını deyib.
Konsert izləyicilərin gur alqışları ilə müşayiət olunub.
Proqramda iştirak edənlər arasında Türkiyənin ictimaiyyət və mədəniyyət sahəsində tanınmış simaları da yer alıblar.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













