Art
Adil Kərimli İtaliya səfiri ilə mədəni əməkdaşlıqdan danışdı - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də İtaliya Respublikasının ölkəmizdəki səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Publika.az xəbər verir ki, səfiri salamlayan Adil Kərimli Azərbaycan ilə İtaliya arasında uzun illərdir mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq üçün əlavə zəmin yaratdığını deyib.
Qeyd olunub ki, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əlaqələr ildən-ilə inkişaf edir. Əməkdaşlıq tarixi-mədəni irsin qorunması və bərpası, musiqi, teatr, incəsənət təhsili, memarlıq, dizayn və s. kimi geniş spektri əhatə edir. Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin aktiv fəaliyyətini xüsusi vurğulayıb.
Səfir Luka Di Canfrançesko görüşə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Diplomat həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda tarixi-dini mirasın bərpasına verdiyi töhfələri minnətdarlıqla yada salıb.
Söhbət zamanı İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













