Art
"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
"Baku" TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı aktyor Hikmət Rəhimov olub.
Publika.az xəbər verir ki, o, "Səkkiz" serialının çəkiliş prosesindən danışıb:
"Səkkiz"dəki baş qəhrəman obrazına görə bir çox qrimçi ilə görüşdüm və başa düşdüm ki, bizdə bu obrazı düzgün qrim edə biləcək, həmçinin bu sahədə kifayət qədər təcrübəsi olan mütəxəssis hələ ki yoxdur. Buna görə də məcbur qalıb dörd dişimdən imtina etdim, qaşımı və saçımı qırxdım. Evə gedəndə oğlum məni görüb qorxusundan ağlamışdı. Elə bilirdi ki, ciddi xəstəliyim var. Bu isə məni narahat edirdi. Serialın həm rejissorluğunu etmək, həm də belə bir psixoloji qəhrəmanı canlandırmaq çox çətin idi. Buna baxmayaraq, maraqlı serial ərsəyə gəldi, xeyli tamaşaçı ona baxdı".
Aktyor, həmçinin mənəvi cəhətdən kamilləşməsindən bəhs edib. Onun fikrincə, insan öz həqiqətləri ilə üz-üzə gəlmədən nə böyüyə, nə də azad ola bilər:
"Həyatımda düzgün qərar vermədiyim, yanlış mühitlərdə və səhv insanlarla münasibətdə olduğum dövrlər olub. Daha sonra hər şeyi özüm üçün analiz etdim. Allah mənə dərs verdi. Əgər ondan nəticə çıxarmasaydım, indiki mən olmazdım".
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













