Art
Rusların Türkiyə seriallarına sevgisi durmadan artır: Səbəbi açıqlandı
Rusiyada türk serialları son zamanlar olduqca populyarlaşıb. Buna səbəb nədir?
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, mədəniyyətşünas və ssenarist Ayşə Tuncar bunu izah edib.
Ekspertin fikrincə, hər şey "emosional dram", mədəni yaxınlıq və yüksək məhsul keyfiyyəti ilə bağlıdır.
"Türk serialları izləyicilərə güclü emosiyalar, eləcə də ailədaxili münaqişələr və dəyərlər təqdim edir ki, bu da bəzi yerlərdə rus tamaşaçılarına çox yaxşı təsir göstərir", - deyə o bildirib.
Tuncar qeyd edib ki, Qərb seriallarında fərdiyyətçilik və məsafə üstünlük təşkil edir. Türkiyə seriallarında isə səmimiyyət üstünlük təşkil edir ki, bu da onları rusiyalı tamaşaçılar üçün daha yaxın edir.
Xatırladaq ki, 2025-ci ilin mart ayında "Rusiya Veteranları" ictimai hərəkatı Rusiyada türk seriallarının yayımının qadağan edilməsi üçün aidiyyəti qurumlara müraciət edib. O dövrdə fəallar bu cür məzmunun ölkənin demoqrafik göstəricilərinə mənfi təsirini qeyd edirdilər.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda da türk seriallarına maraq olduqca yüksəkdir. Bir sözlə, türk serialları demək olar ki, "sehirli bir tilsim" kimi dünyanı ağuşuna alıb. Statistikaya görə, Türkiyə serialları Yaxın Şərq və Latın Amerikası ilə yanaşı ABŞ, Avstraliya və Avropada da geniş tamaşaçı kütləsinə çatır. 200 ölkəyə ixrac edilərək dünyada 1 milyard tamaşaçıya çatan Türkiyə serialları 500 milyon dollardan çox gəlir gətirib.
Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













