Avropa
Terrorçunun evindən İŞİD-ə yazılan məktublar tapıldı
Fransanın cənubunda girovların götürülməsindən sonra öldürülən Reduan Lakdimin yaşadığı evdə İŞİD terror qruplaşmasına göndərilən məktub-vəsiyyətlər aşkar edilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda LCI telekanalı bildirib.
Qeyd edək ki, ötən gün hücumların seriyası Fransanın cənubunda yerləşən Od departamentində baş verib. Mərakeşdən gəlmə 26 yaşlı Reduan Lakdim Karkason şəhərində avtomobilə hücum edərək onun sərnişinini öldürüb.
Daha sonra isə qonşu Treb kommunasında “Super U” supermarketinə gələrək orada müştəriləri və market işçilərini girov götürüb. Hücum nəticəsində 3 nəfər ölüb, 15-dən çoxu yaralanıb. Beləliklə, hücumların qurbanlarının ümumi sayı 4-ə çatıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...