Fransanın Yunanıstandakı səfirliyi hücuma məruz qaldı
Bizi izləyin

Avropa

Fransanın Yunanıstandakı səfirliyi hücuma məruz qaldı

Fransanın Afinadakı səfirliyinə hücum edilib.

Publika.az xəbər verir ki, “Rubikon” adlı anarxist qruplaşmanın üzvləri diplomatik missiyanın binasının üzərinə boya atıblar.

Hücumun Fransanın Suriyaya raket hücumunda iştirakına etiraz olaraq həyata keçirildiyi bildirilir.

İnsident iştirakçıları polis tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm