Avropa
Avropa, Çin və Rusiya İran üçün yeni nüvə sazişini müzakirə edəcək
ABŞ İranla müzakirələrdən çəkildiyini elan edəndən sonra Avropa, Çin və Rusiya diplomatları "geriyə qalanı" xilas etmək üçün görüşməyə başlayıblar.
Publika.az xəbər verir ki, bunu alman mətbuatı yazıb. Məlumata görə, rəsmi Tehranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında maliyyə yardımları davam etdiriləcək.
Məsələ ilə bağlı növbəti görüş gələn həftə Vyanada keçiriləcək. Görüşdə Almaniya, Fransa, İngiltərə, Rusiya və Çindən olan dövlət rəsmilərinin də iştirakı gözlənilir.
Görüşdə İrandan olan nümayəndə heyətinin iştirak hələki təsdiqlənməyib. Müzakirəyə çıxarılacaq yeni müqavilədə İrana milyardlarla dollar dəyərində yardım edilməsi planlaşdırılır.
Tramp İranla müzakirələrdən çəkiləcəyini bəyan etdikdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərək "Ölkəsinin ABŞ-sız davam edə biləcəyini" bəyan etmişdi.
Qeyd edək ki, İranla 2015-ci ildə ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya arasında nüvə fəaliyyətlərinin məhdudlaşdırılması qarşılığında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi embarqonun ləğv edilməsi barəsində müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, İran uranın zənginləşdirilməsini azaldacağına və nüvə silahının hazırlanmasına gərəkli səviyyəyə çıxarmayacağına söz vermişdi. Bunun qarşılığında isə illərdir İrana qarşı davam edən iqtisadi embarqo aradan qaldırılacaqdı. Lakin, ABŞ prezidenti İranın imzalanan müqavilənin şərtlərinə uyğun davranmadığını irəli sürərək 8 may tarixində müqavilədən çəkildiyini elan etdi.
Könül Cəfərli
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...