Avropa
ABŞ bundan həmişə qorxub – Alman siyasətçidən ŞOK İDDİA
ABŞ Rusiya resursları və alman texnologiyalarının birləşməsindən ehtiyat edir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Sollar” Partiyasının lideri, bundestaqın üzvü Sara Vaqenknext “Frankfurter Allgemeine” qəzetinə müsahibəsində bildirib.
“ABŞ öz şəxsi maraqlarını təqib edir. Onlar Donald Trampın gəlişiylə təcavüzkar metodlara müraciət etdilər. Onların maraqları ən əhəmiyyətli məsələlərdə avropalıların maraqları ilə ziddiyyət təşkil edir. ABŞ resurslar üçün apardığı müharibələrlə Yaxın Şərqdə stabilliyi pozub və indi bunu İranda etməyə davam edirlər. Bu halda, ilk növbədə Avropa bunun üçün ödəyir. Biz maraqlarımıza zidd olan siyasətə tabe olmamalıyıq”, - deputat deyib.
Siyasətçinin sözlərinə görə, Rusiya ilə pis münasibətlər Avropa İttifaqının maraqlarına uyğun deyil.
“Əksinə, Moskva ilə məhsuldar münasibətləri inkişaf etdirmək lazımdır. Birləşmiş Ştatlar həmişə Rusiya resursları və alman texnologiyalarının birləşməsindən qorxurdu. Və düzgün edirlər”, - Vaqenknext yekunlaşdırıb.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq