Dünya ticarət müharibəsinin ATANASINDA - Daha bir ölkə sanksiyalara məruz qalacaq
Bizi izləyin

Avropa

Dünya ticarət müharibəsinin ATANASINDA - Daha bir ölkə sanksiyalara məruz qalacaq

“İtaliyanı ciddi maliyyə sanksiyası hücumları gözləyir”.

Publika.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında İtaliyanın baş nazirinin köməkçisi Qiankarlo Qiorgetti deyib.

Köməkçinin sözlərinə görə, bu hücumlar avqust ayının sonu, sentyabrın əvvəllərində başlayacaq.

“Bazarda ovunu seçib hərəkətə keçən ac spekulyativ fonlar olur. 1992-ci ilin avqustun sonunda və 7 il öncə Silvio Berluskoniyə nələr olduğunu hamımız gördük. Yayda bazarda az hərəkətlilik olanda bu, ölkələrə qarşı aqressiv cəhdlərə səbəb ola bilir. Eynilə, Türkiyədə olduğu kimi” -, Qiorgetti bildirib.

Daha öncə İtaliyanın xarici işlər naziri Enzo Moavero Türkiyəyə ABŞ-ın maliyyə sanksiyalarına qarşı dəstək mesajı göndərmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm