Qara dənizdə TƏHLÜKƏLİ ANLAR: Britaniya və Rusiya qırıcıları üz-üzə
Bizi izləyin

Avropa

Qara dənizdə TƏHLÜKƏLİ ANLAR: Britaniya və Rusiya qırıcıları üz-üzə

Bazar ertəsi Böyük Britaniyanın “Eurofighter Typhoon” tipli iki qırıcısı Qara dənizdə NATO-nun hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə görə havaya qaldırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrindən bildiriblər.

“Qırıcıları Rumıniyanın təyyarə bazasından ona görə havaya qaldırdılar ki, Rusiyanın 6 ədəd “Su-24” Rusiya təyyarəsi NATO-nun hava məkanına yaxınlaşmışdı”, - idarədən qeyd ediblər.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildiriblər ki, dörd təyyarə Qara dəniz akvatoriyasının üzərində plan tədris uçuşlarını yerinə yetirirdi və onların arasında “Su-24” yox idi. İdarədən qeyd ediblər ki, dəniz aviasiyasının uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm