Putin-Tramp görüşünün formatını Makron dəyişdi – İDDİA
Bizi izləyin

Avropa

Putin-Tramp görüşünün formatını Makron dəyişdi – İDDİA

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Trampın Parisdə görüşünün formatı Fransız lideri Emmanuel Makronun xahişi ilə dəyişdirilib.

Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, fransız lider narahat olub ki, Putin-Tramp görüşü Birinci dünya müharibəsinin başa çatması ilə bağlı təşkil edilən tədbiri kölgədə qoya bilər.

“Emmanuel Makron Moskva və Vaşinqtona Parisdə tamformatlı danışıqları keçirməməyi xahiş etdi ki, görüş Yelisey sarayı tərəfindən hazırlanan tədbiri kölgədə qoymasın”, - mənbə qeyd edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Tramp Parisdə mütləq görüşəcəklər, amma görüş formatına görə “ayaqüstü” olacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm