Fransadan İrana ULTİMATUM: Dərhal...
Bizi izləyin

Avropa

Fransadan İrana ULTİMATUM: Dərhal...

Fransa İranı nüvə fəaliyyətini dərhal dayandırmağa çağırıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyi sözçüsü Agnes Von Der Mühll İranın nüvə fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmədiyini xatırladıb.

Qeyd edək ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdur.

Lakin sazişi “ABŞ tarixinin ən pis razılaşması” adlandıran prezidenti Donald Tramp ötən ilin mayında Vaşinqtonun sazişi tərk etdiyini bəyan edib. Bundan sonra isə ABŞ-ın İrana qarşı sanksiyaları bərpa olunub. Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya İranla sazişin şərtlərinə riayət edəcəyini açıqlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm