Fransada 40 aksiyaçı həbs edildi
Bizi izləyin

Avropa

Fransada 40 aksiyaçı həbs edildi

Bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən “Sarı jiletlilər” hərəkatının növbəti etiraz aksiyalarında 27 min nəfər iştirak edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.

Məlumata görə, Parisin küçə və meydanlarına isə 7 min etirazçı çıxıb və onlardan 40-ı həbs edilib. Dijon şəhərində 50 "sarı jiletli" türmənin ərazisinə girərək, həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm