Avropa
Almaniyaya ŞOK: Silah şirkəti hökuməti məhkəmə ilə HƏDƏLƏDİ
Almaniyanın “Rheinmetall” müdafiə sənayesi şirkəti hökuməti təhdid edib.
Publika.az xəbər verir ki, şirkət Səudiyyə Ərəbistanına silah satmaq sanksiyasının davam edəcəyi təqdirdə ziyana uğrayacağını və buna görə hökuməti məhkəməyə verəcəyini bildirib.
“Spiegel” nəşrinin xəbərinə görə, şirkət müraciət məktubunu İqtisadiyyat Nazirliyinə göndərib. Məktubda Federal Təhlükəsizlik Şurasının qərarı ilə silah ixracatına dair verilən icazənin siyasi səbəblər üzündən dayandırılmasına görə şirkətin kompensasiya tələb etmə haqqı olduğunu qeyd edilib.
“Rheinmetall” bildirib ki, idarə heyəti şirkətin zərərlərini qarşılayacaq kompensasiyanı tələb etməsə, kompaniyanın ortaqları şirkəti məhkəməyə verə bilər.
Qeyd edək ki, Almaniya hökuməti səudiyyəli jurnalist Camal Qaşıqçının İsatnbulda qətlə yetirilməsindən sonra Səudiyyə Ərəbistanına silah satışını qadağan etmişdi. Almaniya Təhlükəsizlik və Müdafiə Sənayesi Birliyi isə daha öncə satışına icazə verilən silahların embarqo çərçivəsindən çıxarılmasını istəmişdi.
Zümrüd
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO