ABŞ Rusiyaya MƏĞLUB OLDU: Pompeodan tarixi etiraf
Bizi izləyin

Avropa

ABŞ Rusiyaya MƏĞLUB OLDU: Pompeodan tarixi etiraf

Avropa ölkələrinin “Şimal axını -2” qaz kəməri layihəsindən imtina etməsi üçün ABŞ-ın göstərdiyi cəhdlər müvəffəqiyyət qazanmadı.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Konqresdə çıxış zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Biz praktik olaraq, avropalıları, ilk növbədə Almaniyanı layihədən imtinaya inandırmaq üçün bütün mümkün olanları etdik, amma hazırda müvəffəqiyyət qazanmadıq”, - dövlət katibi Senatın xarici işlər üzrə komitəsində çıxışı zamanı deyib.

Qeyd edək ki, 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarından bəziləridir.

Boru kəməri 2019-cu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm