Vəkil: Assanjın ABŞ-a ekstradisiyası təhlükəli presedent yaradır
Bizi izləyin

Avropa

Vəkil: Assanjın ABŞ-a ekstradisiyası təhlükəli presedent yaradır

“Vikiliks” portalının banisi Culian Assanj ABŞ-da ekstradisiya cəhdinə qarşı durmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda “Blomberg” agentliyi bildirib.

“Biz ekstradisiyaya etiraz edəcəyik və onunla mübarizə aparacağıq”, - Assanjın vəkili Cennifer Robinson deyib.

O qeyd edib ki, Assanjın Londonda həbsi ABŞ-da jurnalistlər üçün təhlükəli presedent yaradır.

“Bu presedent bildirir ki, ABŞ haqqında düzgün informasiya dərc edən istənilən jurnalistin ABŞ-da sonrakı məhkəmə təqibi üçün ekstradisiyası mümkündür”, - Robinson bildirib.

Qeyd edək ki, Assanc bu gün Ekvadorun ona sığınacaq verməməsi ucbatından bu ölkənin Britaniyadakı səfirliyindən çıxarılıb. Nəticədə Britaniya polisi onu 2012-ci ildən bu yana məhkəməyə gəlməməkdə ittiham edərək, həbs edib.

Virciniya Şərq Dairəsi federal prokurorları tərəfindən irəli sürülən iddiaya əsasən, Assanj keçmiş hərbi kəşfiyyat əməkdaşı Çelsi Manninqlə birgə Müdafiə Departamentinin şifrəsini sındırmaq məqsədilə “kompüter haklamaq üçün sui-qəsd”də ittiham olunur.

Şifrəni sındırmaqla onlar hökumətin məxfi kompüter şəbəkəsinə daxil olaraq hərbi və diplomatik sənədləri "Vikiliks”ə sızdıra bilərdilər.

Bu ittihamla C.Assanj 5 ilədək müddətinə həbs cəzasına məhkum oluna bilər.

Britaniya polisinin yaydığı məlumata grə, Cullian Assancın həbs olunma səbəblərindən biri də ABŞ hökumətinin ekstradisiya tələbi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm