Venesuelanın keçmiş kəşfiyyat şefi Madriddə saxlanıldı
Bizi izləyin

Avropa

Venesuelanın keçmiş kəşfiyyat şefi Madriddə saxlanıldı

Venesuela hərbi kəşfiyyatının keçmiş rəhbəri, Milli Məclisin deputatı Uqo Karvaxal ABŞ-ın sorğusu üzrə Madriddə saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela jurnalisti Nelson Bokaranda bildirib.

Qeyd edək ki, Karvaxal Venesuelanın keçmiş lideri Uqo Çavesin məsləhətçisi idi və ölkənin hərbi kəşfiyyatına iki dəfə - 2004-2011 və 2013-2014-cü illərdə başçılıq edib. O, Amerika Maliyyə Nazirliyinin “qara siyahı”sına salınıb. Keçmiş kəşfiyyat şefi Kolumbiyanın radikal FARC qruplaşması ilə əlaqələrdə və narkoticarətdə ittiham edilir. ABŞ-ın məlumatına görə, o, qruplaşmaya silah çatdırırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm