Avropa
Avropada müsəlmanlara qarşı daha bir təxribat - "Qurani-Kərim"i...
Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib.
Publika.az xəbər verir ki, Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.
Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçlılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.
Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.
Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazını protest etmiş və “Qurani-Kərim” kitabını yandırmışdı.
Xatırladaq ki, daha öncə Yeni Zelandiyada müsəlmanlara qarşı qətliam törədilmişdi. İki məscidə silahlı hücum nəticəsində 50 nəfər ölmüşdü.
Zümrüd
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər