Avropa tarixində BİR İLK: bu qadın...
Bizi izləyin

Avropa

Avropa tarixində BİR İLK: bu qadın...

Avropa İttifaqı Avropa Komissiyasına yeni sədr seçib.

Publika.az xəbər verir ki, yeni sədr Almaniyanın Müdafiə naziri Ursula von der Leyendir.

Avropa İttifaqı Şurasının yeni başçısı isə Çarlz Miçel olub. Bundan başqa, Avropa İttifaqı Ali Nümayəndəliyi Xosef Borrelə tapşırılıb.

Avropa Mərkəzi Bankının səlahiyyətlisi isə Kristina Laqarde olub.

Qeyd edək ki, şurada çoxluğun səsi ilə müəyyən olunan (ümumi heyətin 65%-ni təşkil edəcək formada 28 səsdən 21-i) yeni Aİ Komissiyası sədrinin Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səsini qazanması lazımdır.

Aİ quruluşu daxilində qanuni prosesi başladan, birliyin büdcəsini və proqramlarını tətbiq və idarə etməkdən məsuliyyət daşıyan Aİ Komissiyası sədrliyi qurumun əhəmiyyətli postlarından biridir. Komissiyada komissarlardan başqa, 25 min nəfərdən ibarət işçi heyəti də var.

Hazırkı Aİ Komissiyası sədri Yan-Klod Yunkerin vəzifəsi oktyabrın 31-də başa çatır. Yeni sədr isə noyabrın 1-dən vəzifəsini icra edəcək.

Xatırladaq ki, Leyen komissiya üzvləri tərəfindən sədrliyə namizəd göstərilən ilk qadındır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm