Dünyanı DƏHŞƏTƏ SALAN HESABAT: 30 min terrorçu... - Aralarında Türkiyə də var
Bizi izləyin

Avropa

Dünyanı DƏHŞƏTƏ SALAN HESABAT: 30 min terrorçu... - Aralarında Türkiyə də var

İŞİD sıralarında döyüşməyə gedən 30 minə qədər əcnəbi terrorçu hələ də sağdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda BMT müşahidəçilərinin hazırladığı hesabatda deyilir.

Hesabata görə,Türkiyə İŞİD terrorçularının qaçmağa çalışacağı ölkələrdən biridir. Qeyd edilir ki, sözügedən terrorçular yaxın gələcəkdə beynəlxalq problemə çevrilə bilər. Bəzilərinin “Əl-Qaidə”, bəzilərinin isə yeni yarana biləcək digər terror təşkilatlarına daxil ola biləcəyi bildirilir.

BMT müşahidəçiləri hesab edirlər ki, onlardan bəziləri yeni terror təşkilatlarının liderlərinə çevrilə bilər.

Bildirilir ki, 2015-2016-cı illərdə yüzlərlə dinc sakinin qətlə yetirildiyi Türkiyə, Fransa, Belçika və Almaniya kimi ölkələrdə terror aktlarının sayı minimuma düşsə də, Avropa üçün təhdid səviyyəsi yüksək qalmaqda davam edir.

BMT müşahidəçiləri beynəlxalq terrorizmdə son dönəm yaşanan sakitliyin qısa müddət içində sona çata biləcəyini və yeni il öncəsi yeni bir hücum dalğasının mümkün ola biləcəyini qeyd ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm