Makron G7 sammitindən əvvəl İran rəsmiləri ilə görüşəcək
Bizi izləyin

Avropa

Makron G7 sammitindən əvvəl İran rəsmiləri ilə görüşəcək

Fransa prezidenti Emmanuel Makron Vaşinqton və Tehran arasındakı münasibətlərdə gərginliyi zəiflətməyə kömək etmək üçün G7 sammiti ərəfəsində İranın rəsmi şəxsləri ilə görüşəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Makronun özü bildirib.

“Yaxın vaxtlarda, G7 sammitindən əvvəl bir sıra təklifləri daxil etmək üçün İranın nümayəndələri ilə görüşlər keçirəcəyəm”, - agentlik Fransa prezidentinin sözünü sitat gətirib.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü prezident Makronla və fransız həmkarı Jan-İv Le Drianla Parisdə görüşəcəyini deyib.

Qeyd edək ki, G7 sammiti Fransanın Biarris şəhərində 24-26 avqust tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm