Türkiyə üçün qorxunc proqnoz - Böyük təhlükə ilə üz-üzə
Bizi izləyin

Avropa

Türkiyə üçün qorxunc proqnoz - Böyük təhlükə ilə üz-üzə

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun rəhbəri Haluk Özənər İstanbulda baş verən zəlzələlər ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Özənər seysmik titrəyişlərin sona doğru yaxınlaşdığını deyib.

“İstanbulda ən böyük zəlzələnin qarşıda olacağı gözlənilir. Lakin bu zəlzələnin nə zaman baş verəcəyi, harada olduğu barədə təsəvvürümüz yoxdur. 1999-cu ildə Mərmərədə baş verən zəlzələni düşündüyümüzdə növbəti zəlzələnin də burada baş verəcəyi ehtimal olunur. Getdikcə sona yaxınlaşdığımızı düşünürəm, amma dəqiq zaman demək mümkün deyil. Bu zəlzələ 7 baldan güclü olacaq. Aktivliyin ana seysmik xəttə yaxınlaşdığını görürük. Bu səbəbdən bu boyda zəlzələnin baş verməsi qətidir”, - Özənər bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm