“Frontex”in əməkdaşlarının sayı 10 minə çatdırılacaq
Bizi izləyin

Avropa

“Frontex”in əməkdaşlarının sayı 10 minə çatdırılacaq

Avropa İttifaqına üzv dövlətlər birliyin sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşlarının sayının 10 minə çatdırılması barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, məsələ ilə əlaqədar üzv dövlətlərin səfirlərinin Brüsseldə keçirilən iclasında kadrlarının sayının 2027-ci ilədək tədricən artırılması barədə razılıq əldə olunub. “Frontex” əməkdaşlarının əsas vəzifələri arasında milli sərhəd xidmətlərini readmissiyalar zamanı dəstəkləmək və üçüncü dövlətlərdə həyata keçirilən əməliyyatlarda iştirakdan ibarətdir.

2015-ci ildə Avropada yaşanan qaçqın və miqrant böhranından sonra Aİ-nin xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi prioritet məsələyə çevrilib. Bu məqsədlə “Frontex” gələcəkdə üzv dövlətləri yaxından dəstəkləməlidir.

Hələ ötən il Avropa Komissiyası 2020-ci ilədək “Frontex” əməkdaşlarının sayının 10 minə çatdırılmasını təklif etsə də, üzv ölkələrin bəziləri büdcə xərclərinin çoxluğuna görə bu təkliflə razılaşmamışdı. “Frontex” əməkdaşlarının sayının artırılması barədə qərar Aİ ölkələrinin maliyyə nazirlərinin noyabrın 8-də keçiriləcək zirvə toplantısında rəsmən qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm