8 ölkəyə xəbərdarlıq edildi
Bizi izləyin

Avropa

8 ölkəyə xəbərdarlıq edildi

Avropa Komissiyası Avropa İttifaqına daxil olan 8 ölkənin - Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiyanın 2020-ci il üzrə dövlət büdcəsi layihələrinin müəyyən edilmiş qaydalarına uyğun olmadığını müəyyən edib.

Publika.az xəbər verir ki, Komissiya həmin ölkələrin yüksək dövlət borcunun olduğunu bəyan edərək onları ehtiyatlı maliyyə siyasəti yürütməyə, aşağı faiz dərəcəsindən faydalanaraq borclarını azalmağa çağırıb.

Xatırladaq ki, İttifaq qanunlarına görə, üzv ölkələrin büdcə kəsri ÜDM-in 3%-dən, dövlət borcları ÜDM-in 60%-dən çox olmamalıdır. Əks təqdirdə, bu ölkəyə intizam tədbiri tətbiq edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm