HƏYƏCAN: 1000 nəfərin olduğu otel binası MÜHASİRƏYƏ ALINDI - Onlarla polis əraziyə yeridildi
Bizi izləyin

Avropa

HƏYƏCAN: 1000 nəfərin olduğu otel binası MÜHASİRƏYƏ ALINDI - Onlarla polis əraziyə yeridildi

İspaniyanın Tenerife şəhərində koronavirusla bağlı nəzarətə götürülən məşhur oteldə müayinələr davam edir.

Publika.az xəbər verir ki, mühasirəyə alınan binadan müştərilərin çıxmasına icazə verilmir. Çox sayda polis binanın ətrafında təhlükəsizliyi təmin edir. Məlumata görə, oteldə 1000 nəfər var. İlk müayinələrə görə, hələki virus əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, İtaliyadan Tenerifiyə tətil etmək üçün gələn doktorda koronavirus aşkarlanıb. Doktor oteldə qaldığı üçün bina nəzarətə götürülüb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm