Koronavirus Avropa Birliyini çökdürə bilər - Ölkələr üsyana qalxdı
Bizi izləyin

Avropa

Koronavirus Avropa Birliyini çökdürə bilər - Ölkələr üsyana qalxdı

İtaliyadan sonra İspaniya hökuməti də Avropa Birliyini koronavirusla mübarizədə yetərsiz qalmaqda tənqid edib.

Publika.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes Avropa Birliyinə ünvanladığı çağırışda koronavirusla mübarizədə sıx əməkdaşlığın önəminə diqqət çəlib:

“Avropa görünməz düşmən tərəfindən sınağa çəkilir. Sarsılmaz əməkdaşlıq içində olub koronavirusa cavab verməliyik. Əks halda birliyimiz çökəcək”.

Hökumət başçısının sözlərinə görə, Avropanın Mərkəzi Bankı və komissiyaları bəzi iqtisadi paketlər açıqlasa da, yetərli deyil. Sançes Avropa İttifaqını daha ciddi addımlar atmağa çağırıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm