Makrondan ŞOK SÖZLƏR: Avropa dağılacaq, Çində isə...
Bizi izləyin

Avropa

Makrondan ŞOK SÖZLƏR: Avropa dağılacaq, Çində isə...

“Çinin koronavirusu idarə etməsində bizdən daha yaxşı olduğunu söyləyəcək qədər saf olmayaq”.

Publika.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

Çinin yeni tip koronavirusla mübarizəsi haqqında “Financial Times” qəzetinə danışan Makron bildirib ki, Çində dünyanın bilmədiyi şeylər olub.

“Fransa, Almaniya, İtaliyanın Çin və ya Rusiya ilə müqayisə edilməsi mümkün deyil. “Çin koronavirusun idarəsində bizdən daha yaxşıdır” deyəcək qədər saf olmayaq. Bilmirik. Doğrusu, bilmədiyimiz şeylər oldu”.

Pandemiyanın səbəb olduğu böhranın idarəsində ən zəngin Avropa İttifaqı ölkələrinə daha çox məsuliyyət düşdüyünü bildirən Makron ittifaqın siyasi layihə, yoxsa iqtisadi bazar olub-olmadığı mövzusunda qərar veriləcək dövrə gəldiklərini qeyd edib: “Mən siyasi layihə olduğunu düşünürəm. Daha da irəliyə aparmasaq, Avro qrupu və Avropa düşüncəsi dağılacaq. Bəzilərini fəda etdiyimiz bazara sahib olmalıyıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm