Sənaye bölgəsində partlayış: yaralı var
Bizi izləyin

Avropa

Sənaye bölgəsində partlayış: yaralı var

İtaliyanın Venesiya şəhərində partlayış olub.

Publika.az xəbər verir ki, şəhər yaxınlığındakı sənaye bölgəsində fəaliyyət göstərən kimyəvi məhsullar fabrikində yanğın meydana gəlib.

"Corriere del Veneto" qəzeti Porto Marqhera bölgəsindəki hadisə zamanı bir işçinin yaralandığını yazıb.

Rəsmilər xalqa evlərindən çıxmamaq və qapı-pəncərələri bağlamaqla bağlı xəbərdarlıq edib.

Olay yerinə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm