Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO
Bizi izləyin

Avropa

Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO

Britaniyalı qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirib. Bu barədə “Uniland” xəbər yayıb.

Publik.az xəbər verir ki, 32 yaşlı Coann Reyli əkiz uşaqlara hamilə olub. Lakin hamiləliyinin 24-cü həftəsində qadını doğuş sancısı tutub. O, dərhal xəstəxanaya yollanıb və cəmi bir neçə saatdan sonra oğlan uşağı dünyaya gətirib. Körpə cəmi 737 qram ağırlıqda olub.

Həkimlər Reyliyə yataq rejiminə əməl etməyi və ikinci uşağı mümkün qədər gec dünyaya gətirməyi tövsiyə ediblər.

“Mənim üçün bu şok idi. Heç bilmirdim ki, belə şey mümkündür. Uşaqlardan birinin dünyaya gəlməsi, digərinin isə hələ də bətnimdə olması o qədər qəribə idi ki…”, - deyə qadın etiraf edib.

Reyli 48 saatdan sonra daha bir uşaq dünyaya gətirib. İkinci əkizin çəkisi 9074 qram olub.

Qadın övladlarını ancaq iki həftədən sonra qucağına ala bilib. Bundan başqa, əkizlər həyatlarının ilk dönəmini ayrı keçirmək məcburiyyətində qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm