Moldovada seçki kampaniyası başlayır
Bizi izləyin

Avropa

Moldovada seçki kampaniyası başlayır

Noyabrın 1-də Moldovada prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Publika.az TASS-a stinadla xəbər verir ki, sentyabrın 1-dən ölkədə prezident seçkiləri kampaniyasına başlanılır. Otuz gün ərzində namizədlər qeydiyyata alınacaq və təşviqat aparacaqlar. Demək olar, bütün ictimai rəy sorğusuna görə, seçki kampaniyasının favoritinin hazırda Prezident İqor Dodonun olacağı bildirilir. Moldova Respublikası Sosialistlər Partiyası artıq onun dəstəklənməsini bəyan edib. Daha əvvəl İqor Dodon TASS informasiya agentliyinə müsahibəsində deyib ki, ikinci müddətə namizədliyinin irəli sürülməsi barədə qərarı 1-10 sentyabr tarixlərində qəbul etməyi planlaşdırır.

Onun əsas rəqibinin 2016-cı ildə məğlub olmuş Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Mayya Sandunun olacağı bildirilir. Daha sonra reytinqdə “Ləyaqət və həqiqət platforması” partiyasının sədri Andrey Nestase gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm