Yeni virus Londonu İFLİC ETDİ: Əhali şəhəri tərk edir
Bizi izləyin

Avropa

Yeni virus Londonu İFLİC ETDİ: Əhali şəhəri tərk edir

Londonda yeni tip koronovirusla bağlı karantin qaydalarının sərtləşdirilməsindən sonra əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb.

Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, şəhərə giriş-çıxışlarda, həmçinin Londonu ölkənin digər hissələrilə birləşdirən avtomagistrallarda, vağzallarda böyük tıxaclar yaranıb.

“Brexit” partiyasının lideri Naycel Fərəc baş verənləri 80 il əvvəl İkinci Dünya Müharibəsinin əvvəlində yaşananlarla müqayisə edib: “Hökumət 1939-cu ildən bəri ilk dəfə olaraq Londondan kütləvi təxliyəyə nail oldu. Bu münasibətlə baş naziri və nazirlər kabinetinin ekspertlərini təbrik edirəm!”

Qeyd edək ki, dünən baş nazir Boris Conson koronovirusun yeni ştammının yayılması ilə bağlı Londonda və İngiltərənin cənub-şərqində infeksiyanın yayılmasının dördüncü (maksimal) səviyyəsini elan edərək, sərt karantinin tətbiq edildiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm