
Avropada koronavirus pandemiyasından ən çox zərər görən ölkələrdən biri olan Fransa digər tərəfdən də quş qripi epidemiyası ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, ölkədə 2 milyon ördək epidemiya səbəbilə tələf edilib.
Qida və Kənd Təsərrüfatı naziri Jülyen Denormandi ölkənin cənub-qərbindəki 8 bölgənin 390-a yaxın fermasında quş qripi yoluxmalarına rast gəlindiyini açıqlayıb.
Nazir virusun insanlara yoluxma riskinin olmaması səbəbilə yumurta və quş əti istehlakında ziyan olmayacağını qeyd edib.
Qeyd edək ki, Fransanın cənub-qərbindəki bölgələrdə 2015-2016 və 2016-2017 qış mövsümlərindəki epidemiyalarda milyonlarla heyvan tələf edilmişdi.
Zümrüd