Avropa
Komendant saatına etiraz edənlər şəhərləri viran qoydu - DƏHŞƏTLİ FOTOLAR
Koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin sərtləşdirilməsi əleyhinə Niderlandda kütləvi etirazlar yenidən alovlanıb.
Publika.az xəbər verir ki, mitinqlərə qoşulanlar mağazalara zərər vurur və talan edir, maşınları, hətta körpüləri yandırır.
Etirazçılar 21:00-dan 04:30-a qədər komendant saatı tətbiq olunmasına qarşı çıxırlar (qanun 9 fevral tarixinə qədər qüvvədə olacaq). Bu, ölkədə II Dünya müharibəsindən bəri ilk dəfə belə hadisədir. Nə həkimlərin xəbərdarlıqları, nə də cərimələri etirazçıları dayandırır.
Yüzlərlə insan Amsterdam, Haaqa, Rotterdam, Zvolle və digər şəhərlərdə dükanları və avtomobilləri yandıraraq məhv edir. Bəzi hallarda etiraz aksiyaları daş və pirotexniki vasitələrdən istifadə etməklə polis məmurlarına hücumlarla müşayiət olunur, bəzi nümayişçilər avtobus dayanacaqlarını dağıdırlar.
Naməlum şəxslər Amsterdam-Noord ərazisindəki körpünü partladıblar.
Etirazçıları dəyənək və su şırnaqları ilə dağıtmaq kimi uğursuz cəhdlərdən sonra gözyaşardıcı qazdan istifadə edilib. Xüsusi təyinatlı qüvvələrin iştirakı ilə sərt həbslər başlayıb. 150-dən çox adamın polisə aparıldığı bildirilir.
Zümrüd
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...